Ermənistandan Moskvaya növbəti rədd cavabı
2023-12-05 15:44:24
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının Moskvada keçiriləcək iclasında iştirak eləməkdən imtina edib. Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Sovinar Xaçatryan onun KTMT-nin dekabrın 19-da Rusiya paytaxtında keçiriləcək tədbirdə iştirak etməyəcəyini, bununla bağlı RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə məlumat verildiyini bəyan edib.