📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistandan sərhədlə bağlı açıqlama

2023-12-22 15:23:34

Ermənistandan sərhədlə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə keçirilən brifinq zamanı Azərbaycanla Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi məsələsi barəsində sualına cavab verib. “Sputnik Armenia” agentliyinin məlumatına görə, Simonyan sərhədlərin sülh müqaviləsinin imzalanmasından sonra da müəyyənləşdirilə biləcəyini deyib.

Ermənistan parlamentinin spikeri söyləyib ki, tərəflər öz cəmiyyətlərini real sülhə hazırlayırlarsa, vəziyyətin normallaşdırılmasına maraqlıdırlarsa, sərhəd məsələsinin təxirə salınması ssenarisi tamamilə qəbulediləndir: “Sərhədin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər və bu məsələnin həlli sülh müqaviləsinin imzalanmasından sonra da başlaya bilər”.

Hürr Tərcüman