📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistandan sülh sazişi ilə bağlı açıqlama

2024-10-15 18:38:11

Ermənistandan sülh sazişi ilə bağlı açıqlama

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan tərəfi Azərbaycanla sülh sazişinin 16 maddəsinin razılaşdırıldığını bəyan edib.  Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın İsveçrədə keçirilən assambleyasında çıxış edərkən bu açıqlamanı verib. O, İrəvanla Bakının sülh razılaşmasına bir addım daha yaxınlaşdığını, 16 maddənin razılaşdırıldığını bildirib. Simonyan tərəflərin müqaviləni imzalamaq astanasında olduğunu diqqətə çatdırıb.
Simonyan deyib: "Sülh prosesinin bir neçə ay əvvəl ciddi şəkildə başladığı kontekstdə Azərbaycan beynəlxalq səviyyədə tanınmış beş bənd üzrə bizim razılaşmamızı istəyirdi. Sevinc hissi ilə bildirirəm ki, bu gün biz 16 bənd üzrə razılıq əldə etmişik".
Xatırladaq ki, bir həftə əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan artıq bu ay ərzində Azəbaycanla müqavilə imzalamağa hazır olduğunu bildirmişdi.
Hürr Tərcüman