Ermənistandan Tokayevin təklifi ilə bağlı açıqlama
2024-04-26 10:45:47
Hurriyyet.az xəbər verir ki, Ermənistan XİN-in rəsmi təmsilçisi Ani Badalyan Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin təklifi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyanın Astanada keçiriləcək görüşü barəsində hələlik konkret razılaşmanın olmadığı üçün tarixin müəyyənləşdirilmədiyini bildirib.
Badalyan deyib: "Ermənistan qarşılıqlı razılaşma sənədlərinə, o cümlədən 1991-ci il Almatı deklarasiyasına müvafiq şərtlər əsasında, həqiqətən də Cənubi Qafqazda möhkəm sülh əldə edilməsinə yönəlmiş danışıqların aparılması üçün vasitəçilik səylərini və meydanlarını dəstəkləyir və nəzərdən keçirir".
Hürr Tərcüman