Ermənistandan Türkiyə açıqlaması: “Yaxında açılacaq”
2022-11-04 15:06:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Xairici İşlər naziri Ararat Mirzoyan ölkə parlamentindəki çıxışı zamanı Türkiyə-Ermənistan sərhədinin yaxın zamanda açıla biləcəyini bildirib.
Bəlli olduğu kimi, iki ölkənin dövlət başçıları 13 ildən sonra ilk dəfə ötən ay Praqada görüşüblər.
“Sputnik” agentliyinin xəbərinə görə, Ermənistan parlamentində çıxış edən Mirzoyan deyib: “Türkiyə ilə Ermənistan arasında ekspertlər səviyyəsində və iki ölkənin xüsusi nümayəndələri səviyyəsində fəal məsləhətləşmələr aparılıb. Ermənistan-Türkiyə sərhədinin diplomatik pasport sahibləri və üçüncü ölkələrin vətəndaşları üçün açılması müzakirə edilir”.
Hürr Tərcüman