📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

2022-03-03 15:48:00

Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Zəngəzur dəhlizi adı ilə tanınan Yerasx – Culfa – Ordubad – Meğri – Horadiz dəmir yolunun bərpasına Ermənistan ərazisində hazırlıqla bağlı səhra geodeziya işləri başlayır.

Report “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin ərazi inzibatçılığı və infrastruktur naziri Qnel Sanosyan bildirib.

“Layihənin texniki planını tərtib etmək üçün Meğri və Yerasx arasında 43 kilometrlik sahədə ilkin işləri görməyi təklif edirik. Burada yer ölçmə işləri nəzərdə tutulur”- nazir deyib.

Report.az