📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanı dəhşət gözləyir" - ZAUR MƏMMƏDOV

2023-11-14 12:32:24

"Son baş verənlər Azərbaycanın təhlükəsizliyinə təhdidddir və ölkəmiz lazımi cavab tədbirləri görmək hüququna malikdir"

"Ermənistanı dəhşət gözləyir. Mövcud vəziyyəti bəhanə edən bəzi beynəlxalq dairələr öz geosiyasi davalarını Qafqaza gətirirlər. Son açıqlamalardan görünür ki, Fransanın Ermənistanı silahlandırması ilə eyni vaxtda Kanada, ABŞ Avropa İttifaqının missiyasına qoşulmaqdadırlar". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

"Dünən Jozep Borrelin açıqlaması, Avropa İttifaqının Sülh Fondunun Ermənistanda işə başlaması, hansı ki, əslində Avropa İttifaqı xüsusi missiyası kimi hərbi işlərlə məşqul olacaq, bölgəni böyük təhdid altına qoyacaq" deyən Zaur Məmmədovun qənaətincə, son baş verənlər Azərbaycanın təhlükəsizliyinə təhdidddir və ölkəmiz lazımi cavab tədbirləri görmək hüququna malikdir: "Rəsmi Bakı üçün Qafqazda təhlükəsizlik önəmlidir. Azərbaycana qarşı ittihamların davam etməsi və bu fonda sərhədçilərimizin qarşısında az qala bütün NATO qüvvələrinin mülki formada dayanmaları vəziyyəti gərginləşdirəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az