“Ermənistanı dövlət, erməniləri millət edən Rusiyadır”
Moskva Paşinyanı "cəhənnəmə vasil eləməklə" təhdid edir
Hurriyyet.az xəbər verir ki, RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin köməkçisi Oleq Osipoviç siyasətçinin dünən Qarabağdakı vəziyyətlə bağlı açıqlamasını Rusiya mətbuatına şərh edərkən deyib: “Dmitri Anatoliyeviç ilə danışdım. Kimsə başa düşməyibsə, bilsin – Rusiya Ermənistanın bir dövlət və ermənilərin bir millət kimi mövcudluğunun təminatçısı olub və olacaqdır. Tanrının yazdığı qismət belədir. Və erməni xalqının bütün milli xainləri özlərinin okeanın o tayındakı havadarları ilə birlikdə cəhənnəmə vasil ediləcəklər”.
Xəbər verdiyimiz kimi, dünən RF TŞ-nin sədr müavini Dmitri Medvedev “Teleqram” kanalındakı səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhinə status paylaşıb: “Bir dəfə qardaş ölkədən olan bir həmkarım mənə dedi: “Axı mən sizin üçün yadam, məni qəbul eləməzsiniz”. Cavabında dedim: “Biz bioqrafiyaya görə yox, əməllərə görə hökm veririk”. Sonra o, müharibədə məğlub oldu, lakin qəribə şəkildə yerində qala bildi. Sonra da özünün ucuz məğlubiyyətinə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq istədi. Daha sonra ölkəsinin bir qismindən imtina elədi. Sonra NATO ilə oyuna başlamağı qərara aldı. Həyat yoldaşı isə nümayişkaranə şəkildə pay-pürüşlə düşmənlərimizin yanına getdi.
Tapın görün onu necə tale gözləyir...”
Maraqlıdır, “ərazilərindən imtina etdi” deyəndə, cənab Medvedev Ermənistan iqtidarının Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanımasını nəzərdə tutur?
Hürr Tərcüman