"Ermənistanı mümkün qədər daha çox birbaşa görüşlərə cəlb etməyə ehtiyac var" - ELXAN ŞAHİNOĞLU
"Çünki əgər iki tərəf daimi müzakirələr aparırsa, üçüncü tərəf bu müddətdə birtərəfli mövqeyi ilə vəziyyəti gərginləşdirməkdən çəkinmək məcburiyyətindədir"
"Azərbaycan və Ermənistan baş nazirlərinin sərhəd mövzularını müzakirə etmək məqsədilə növbəti görüşünü faydalı hesab etmək olar. Aydındır ki, bir görüşdən və ya görüşlər seriyasından nəticə çıxmayacaq". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq hesab edir ki, bütün hallarda bu prosesi davam etdirmək lazımdır: "Ümumiyyətlə, Ermənistanı mümkün qədər daha çox birbaşa görüşlərə və müzakirələrə cəlb etməyə ehtiyac var. Bu yolla həm Ermənistanla razılaşmaya yaxınlaşmaq olar, həm də Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırmaq mümkündür. Çünki əgər iki tərəf daimi müzakirələr aparırsa, üçüncü tərəf bu müddətdə birtərəfli mövqeyi ilə vəziyyəti gərginləşdirməkdən çəkinmək məcburiyyətindədir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az