📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı

2024-01-27 16:38:44

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı

Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol bütün nəqliyyat vasitələri üçün bağlıdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan bildirib.

Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində yüksək səviyyədə uçqun təhlükəsi ilə əlaqədar Xaç aşırımından keçid bütün avtomobillər üçün bağlanıb”, - məlumatda deyilir.

Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Pis hava şəraitinə görə vaxtaşırı bağlanır.

Musavat.com