Ermənistanın 6 hərbçisi əsir götürüldü
2021-11-16 15:19:00
Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır. Aktiv atışma gedir.
Ermənistanla sərhədin Sünik-Zəngəzur hissəsində gedən atışma və toqquşma nəticəsində 6 erməni hərbçisi əsir götürülüb. Bu barədə "Hraparak" qəzeti Ermənistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Hələlik bu məlumatın rəsmi açıqlanmış təsdiqi yoxdur.
Zəngəzurda vəziyyət gərgin olaraq qalır.
Ülviyyə, Hurriyyet.az