📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın Ağrı dağı əks olunmuş gerbi və himni dəyişdirilə bilər

2024-01-30 14:26:14

Ermənistanın Ağrı dağı əks olunmuş gerbi və himni dəyişdirilə bilər

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin himinin və gerbinin dəyişdirilməli olduğunu bəyan edib.
Simonyan öz "Teleqram" səhifəsində yazıb: "Mənə aydındır ki, Ermənistan Respublikasının himni tez və ya gec dəyişdirilməlidir. O, erməni himni olmalıdır, dövlətimizlə, erməni musiqisi ilə bağlı və himn qaydalarına müvafiq şəkildə olmalıdır. İddia eləmirəm ki, himni, dahi Aram Xaçaturyanın möhtəşəm, misilsiz və maksimal dərəcədə ermənisayaq olan musiqisi ilə əvəz eləsinlər. Lakin indiki yad himnin dəyişdirilməsinin zəruri olduğu aşkardır.
Mənim fikrimcə, gerb məsələsini də müzakirə eləməliyik. Ermənistan suyun altında qala bilməz - bu, bəşəriyyətin cəzalandırılması idi. Şir də "Feysbuk"dakı "smaylik"ə oxşaya bilməz. Ermənistanı müdafiə edən qılınc zəncirlənməməlidir".
Qeyd edək ki, Ermənistanın gerbində Türkiyə ərazisində yerləşən Ağrı dağının təsviri də həkk olunub. Bu isə digər bir qonşu dövlətə ərazi iddiası kimi yozula bilər. Həmçinin, əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi ümumdünya du basqınından sonra Ağrı dağının yaxınlığında lövbər salıb. Xəstə ideologiyanın əsiri olan ermənilər bu əfsanəni də "milliləşdirərək" gerbin üzərində su dalğaları əks etdiriblər. 
Hürr Tərcüman

Armenian Flag, Armenian coat of arms - Republic of Armenia