📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın Azərbaycanla sərhədində 15 alman polisi, 8 fransız jandarması patrulluq edəcək

2023-02-15 22:01:00

Ermənistanın Azərbaycanla sərhədində 15 alman polisi, 8 fransız jandarması patrulluq edəcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa İttifaqının Azərbaycanla sərhəddə patrulluq eləmək üçün Ermənistana göndərəcəyi uzunmüddətli missiyanın tərkibində 15 nəfər alman polisi də olacaq. Bu Barədə açıqlamanı Almaniya hökumətinin mətbuat katibi Şteffen Hebeştrayt verib. O, bu qərarı AFR Nazirlər Kabinetinin verdiyini bildirib. Onun sözlərinə görə, missiyanın heyətində Aİ-nin müxtəlif ölkələrindən olan 100 nəfər polis olacaq.

Aİ missiyasına Almaniya federal polisinin zabiti başçılıq edəcək.

Bundan əvvəl verilən xəbərlərdə Avropa parlamentinin deputatı Natali Luazonun missiyanın 20 fevral tarixində işə başlayacağını və tərkibində 8 nəfər fransalı jandarmanın olacağını bildirmişdi.

Xatırladaq ki, Ermənistanın sərhədlərini Rusiya Sərhəd Xidməti qoruyur.

Hürr Tərcüman