Ermənistanın Baş Qərargah rəisi Rusiyadadır – həmkarı ilə görüşüb
2022-08-26 22:43:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya Federasiyasının Silahlı Qüvvlərinin Baş Qərargahının rəisi Valeri Gerasimov bu gün hazırda Rusiyada səfərdə olan erməni həmkarı Edvard Asryanla danışıq aparıb. Bu barədə Məlumatı RF Müdafiə Nazirliyi verib. Onların hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə elədikləri bildirilir.
Nazirliyin açıqlamasında deyilir: “Görüş zamanı tərəflər regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, həmçinin Rusiya ilə Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyətini və inkişafını müzakirə ediblər”.
Hürr Tərcüman