📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanın başqa yolu yoxdur, Ərdoğanın şərtlərini yerinə yetirməyə razıdır" - İqor Strelkov

2021-09-28 23:29:00

“Ərdoğan sərhədləri açıb münasibətlər qurmaq üçün Ermənistana şərtlər diktə etməlidirsə, hansı müstəqillikdən söhbət gedə bilər?”.

Bu açıqlamanı Rusiya Federasiyası Silahlı Qüvvələrinin polkovniki, hərbi ekspert İqor Strelkov deyib.

“Ermənistan nəinki şərtlərin diktə edilməsinə icazə verir, həmçinin Ərdoğanın şərtlərini yerinə yetirməyə razıdır. Düşünürəm ki, Zəngəzur dəhlizindən yalnız adi yüklər keçməyəcək, türklər hərbi daşımalar da həyata keçirəcəklər. Sadaladığım bu faktlar Ermənistanın mövcudluğu üçün real təhlükə olacaq”, – deyə Strelkov bildirib. / Konkret.az