"Ermənistanın daxilində baş verən prosseslər artıq onun məhvinə gətirir" - POLİTOLOQ
"Bu yaxınlarda Türkiyə Ermənistan bir masa arxasına oturub iki ölkə arasındakı gələcək münasibətləri müzakirə edəcəklər. Bu görüşlərin aparıcı rolunu Türkiyə tərəfindən keçmiş diplomat Ankaranın ABŞ-dakı səfiri Sərdar Kılıç, Ermənistan tərəfindən isə qatı erməni milliyyətçisi kimi tanınan, bir zamanlar Türkiyədə erməni qazetində çalışmış, Türkiyə siyasətini və ictimaiyyətini yaxşı tanıyan, Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan başçılıq edilər"
.jpg)
Bunu "Hürriyyət.az"a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib. O qeyd edib ki, Ermənistan və onun hazırki rəhbərliyi Türkiyə ilə münasibətlərinin isinişməsi ücün əlindən gələni edir:
"Bu danışıqlar Ermənistan üçün heç də asan başa gəlməyəcəyi indidən aydındır. Ermənistan Respublikasının 12 bəndlik Konstitusiyası və lobbisinin soyqırım məsələsini durmadan qabardaraq Türkiyəni və türk millətini özünün bir nömrəli düşməni elan etməsi bu danışıqlardakı gərgin ab-havanı daha da artırır. Ermənistan 44 günlük Azərbaycan-Ermənistan savaşında uduzan tərəf kimi çıxması erməni cəmiyyətini özünə gətirmədən, bir də Türkiyənin erməni ideoloqlarının xəstə təxəyyülləri ilə yazılmış konstitusiyasındakı bəndlərdə düzəliş edilməsi məsələsi qaldırılarsa bu zaman ermənilərin tamamən və tarixən indiyə qədər inandıqları hər şeyin silinməsi deməkdir. Erməni cəmiyyəti buna hazırdırmı?! İllərlə “Hayes Türkes” deyib türklərə qanlı düşmən obrazı yaradan və onları qanına qəltan edən ermənilər Azərbaycan Dəmir Yumruğundan sonra birdə Osmanlı tokatını qaldıra biləcəklərmi?! Amma ermənilər bunu əsirlər boyu haqq edib, sonunda ədalət yerini tapıb. Son yaxın tarıximizdəki baş verən Xocalı soyqırmını xatırladıqca, daha da pisinə layiqsiniz demək gəlir içimizdən, lakin biz yenə də böyüklüyümüzü göstərməklə, Allaha və dinimizə olan inancımıza sığınaraq, bu milləti gələcəkdə daha böyük faciələr törətməklərindən və özlərinin də başlarını daha böyük bəlaya salmamaları üçün və var olmaları ücün əl uzadırıq. Paşinyan sakitlik yaratmağa çalışsa da Ermənistanın daxilində baş verən prosseslər artıq onun məhvinə gətirir. Bunun üçündə Ermənistanın çarəsi iki qonşusu ilə əlaqələrini düzəldərək ölkəsini və millətini məhvdən qurtarmaqdır. Bu danışıqlar prossesi Ermənistan üçün əslində böyük bir lütfdür, Ermənistan bunu yaxşı anlayır, havadarları olan digər dövlətlər isə bu məsələyə isti baxmaması İrəvanın ağlını bəzən çaşdırır və onlara güvənərək özünü qalib tərəf kimi göstərməyə calışır. Lakin Türkiyə və Azərbaycan 44 günlük savaşdan və əldə etdiyi zəngilikləri davam etdirməlidir. Ümumən Türkiyə-Ermənistan danışıqları Ermənistan-Azərbaycan dialoqu ilə sinxronluq təşkil etməli, paralel getməlidir. Əgər Bakı-İrəvan danışıqlarında tormozlanma olacaqsa, hansısa məsələlərdə erməni tərəfi qeyri-konstruktiv addım atacaqsa, Ankara da danışıqları bu gedişata uyğunlaşdırmalıdır. Ola bilməz ki, birində işlər rəvan getsin, digərində razılaşma olmasın. Bu danışıqlar ermənilərin ən böyük çarəsidir. Ağrılı proses ola bilər, yekunda isə sərhədlərin açılması reallaşacağına inandığım kimi eməni xislətinində bununla yekunlaşmayaağına əminəm".
YƏHYA