📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanın elan etdiyi rəqəmin reallığı ilə bağlı şübhələr mövcuddur" - FUAD QƏHRƏMANLI

2023-09-29 12:51:31

"Niyə biz bu barədə məlumatı Ermənistandan almalıyıq və nə dərəcədə dəqiq olduğunu bilməməliyik?!"

"Ermənistanın məlumatına görə, saat 06:00-dək Qarabağı 84770 erməni tərk edib. Bu rəqəmin real olduğu ilə bağlı şübhələr mövcuddur". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı deyib.

Siyasi şərhçi bildirib ki, Azərbaycandan Ermənistana gedənlərin statistikası Laçın sərhəd buraxılış məntəqəsində də aparılır: "Nəyə görə Azərbaycan tərəfi bununla bağlı indiyə qədər heç bir analoji açıqlama verməyib? Əgər gedənlərin sayı bundan azdırsa, o zaman Ermənistanın yalandan rəqəmləri şişirdib köçün miqyasını böyütməsinə, beynəlxaq səviyyədə Azərbaycan əleyhinə ictimai rəyi gücləndirməsinə imkan verilməməlidir. Susmaq buna görə səhvdir. Yox, elə deyildiyi kimidirsə, niyə biz bu barədə məlumatı Ermənistandan almalıyıq və nə dərəcədə dəqiq olduğunu bilməməliyik?!".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az