Ermənistanın fövqəladə hallar naziri SAXLANILDI
2022-03-30 23:34:00
Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan saxlanılıb.
Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qeyd edək ki, ötən gün Piloyan cinayət işi üzrə istintaq çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilmək üçün çağırılıb.
Xatırladaq ki, 28 martda Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşının Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə sorğu-sual etmək üçün aparılmasından sonra nazir Piloyanı 14 günlük məzuniyyətə göndərib. \\Manşet.az