📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanın "humanitar yük" şousu danışıqlar prosesinə mane olur" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-08-10 14:42:00

"Rusiya reinteqrasiya prosesinə mane olur, silahlı erməni birləşmələrinin çıxarılmasına imkan vermir, bu isə Ankaranı narahat edir"

"Ermənistan tərəfindən "humanitar yük" şousunun davam etməsi danışıqlar prosesinə mane olur. Rusiya prosesi pozur və nəticədə iki ölkə arasında mümkün sülh danışıqları təxirə salınır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərində Ermənistan-Azərbaycan məsələsi və Qarabağda Rusiyanın fəaliyyəti müzakirə ediləcək: "Türkiyə bu məsələdə Rusiyaya güzəştə getməyəcək. Rusiya reinteqrasiya prosesinə mane olur, silahlı erməni birləşmələrinin çıxarılmasına imkan vermir. Bu isə Ankaranı narahat edir. Rusiya və Türkiyə arasında Qarabağda silahlı erməni birləşmələrinin çıxarılması və reinteqrasiya məsələləri müzakirə ediləcək. Düşünürəm ki, Rusiya güzəştə getməyəcək. Nəticədə Türkiyə və Azərbaycan təzyiq siyasətinə keçəcək".

Politoloq hesab edir ki, növbəti mərhələdə Azərbaycanın anti-terror əməliyyatlarının keçirməsi gündəliyə gələ bilər.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az