"Ermənistanın istinad etdiyi xəritələri ciddi tədqiq etməyimizə ehtiyac var" - ELXAN ŞAHİNOĞLU
"Çünki ermənilər özlərinin zərərinə olan xəritəni qəbul etməz, bunu mübahisə predmetinə çevirərdilər"
"Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin müəyyənləşməsi məqsədilə özü üçün xəritələri müəyyənləşdirib". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Politoloqun sözlərinə görə, Ermənistanın hakim partiyasının deputatı Arman Eqoyan bildirib ki, Rusiya Ermənistana müxtəlif xəritələr təqdim edib: "O, "Biz 1926-cı ilin xəritəsinə istinad edirik. Həmin xəritə həm Azərbaycan SSR, həm də Ermənistan SSR tərəfindən qəbul olunmuşdu. Moskva bizə Rusiya Baş Qərargahında mövcud olan 1974-cü ilin xəritəsini təklif edib. Bu xəritədə keçmiş kolxozlar arasında cüzi dəyişikliklər olub", deyə qeyd edib. Ermənistan hakimiyyətinin istinad etdiyi 1926 və 1974-cü il xəritələrini bizim də ciddi tədqiq etməyimizə ehtiyac var. Çünki ermənilər özlərinin zərərinə olan xəritəni qəbul etməz, bunu mübahisə predmetinə çevirərdilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az