📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın keçmiş Baş prokuroru həbs edildi

2021-09-08 12:37:00

Ermənistanın keçmiş Baş prokuroru həbs edildi

Hurriyyet.az xəbər verir ki, İrəvan Məhkəməsi Ermənistanın keçmiş Baş prokuroru və İstintaq Komitəsinin keçmiş sədri Aqvan Ovsepyanın həbs edilməsini qərara alıb. İclasa hakim Mnatsakan Martirosyan sədrlik edib.

Ovsepyan qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, rüşvət almaq və dələduzluq etməkdə ittiham edilərək yaxalanmışdı.

“Sahibkarlıq fəaliyyətində qeyri-qanuni iştirak”, “xüsusilə böyük məbləğlərdə rüşvət almaq”, “xüsusilə böyük miqyasda dələduzluq”, “cinayət yolu ilə əldə edilmiş xüsusilə böyük miqdarda əmlakın leqallaşdırılması (pulların yuyulması)” maddələri üzrə ittiam edilən məhbusa bu maddələr üzrə maksimal 12 il həbs cəzası verilə bilər.