Ermənistanın keçmiş müdafiə naziri 4,5 milyon dollar mənimsəməkdə ittiham olundu
2021-09-30 17:37:00
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təhqiqat departamenti keçmiş müdafiə naziri David Tonoyanı külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsində ittiham edib və onun həbsinə order verib. Bu barədə Ermənistan MTX-nin mətbuat xidməti açıqlama verib.
Açıqlamada deyilir: "David Tonoyan 2 277 323 840 dram (4,5 milyon ABŞ dolları) dəyərində maliyyə maxinasiyasında və ictimai təhlükəli hərəkətlərdə ittiham olunub və məhkum olunub. Həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə vəsatət verildi".
Ülviyyə, Hurriyyet.az