📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın KTMT ilə münasibəti barəsində rəsmi açıqlama

2024-02-29 17:06:21

Ermənistanın KTMT ilə münasibəti barəsində rəsmi açıqlama

Hurriyyet.az TASS infomasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan parlamentinin spukeri Alen Simonyan bu keçirilən birifinqdə jurnalistlərin suallarına cavab verərkən rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barəsində qəti qərar vermədiyini söyləyib. 
"Hansısa vektorun dəyişildiyi barəsində söhbət getməyib. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etmək lazım olduğunu müzakirə edirik. KTMT-dən çıxmaq barəsində qərar verilməyib". Onun sözlərinə görə, gələcəkdə İrəvan bu təşkilatı tərk edə bilər və erməni xalqı daima hakimiyyətdən KTMT-dən çıxmağı tələb edir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən ölkə parlamentindəki çıxışı zamanı deyib: "Biz de-fakto KTMT ilə münasibətlərimizi dondurmuşuq, proses davam edərsə, de-yure də dondurmalıyıq. KTMT Ermənistanın təhlükəsizliyi barəsindəki öhdəliklərinin tamamilə əksinə addımlar atır".
Hürr Tərcüman