Ermənistanın KTMT-yə müraciətini tənqid etdi
2021-11-16 17:46:00
“Bəsdir, qorxaq arvadlar kimi hamıdan kömək istədiniz”.
Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş Qərargahının rəisinin keçmiş müşaviri Vladimir Poqosyan öz feysbuk hesabında yazıb.
Poqosyan ölkəsinin Xarici İşlər Nazirliyinin Zəngəzurda yaranmış vəziyyətə görə Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və dünya ictimaiyyətinə çağırış etməsini kəskin tənqid edib.
O, bunun əvəzində ölkənin rəsmi şəxslərini “Vətən müharibəsi” elan etməyə çağırıb.
“Təcili olaraq Baş Qərragahın rəisi Davtyanı əvəzləyin. General Qasparyanı tələb edin və ya istefaya yollanın”, - deyə Poqosyan əlavə edib.