Ermənistanın “Laçın” postu ilə bağlı vəsatəti ləğv edildi
2023-07-07 14:18:00
Ermənistanın Laçın yolu ilə bağlı vəsatəti rədd edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsi qərar qəbul edib.
"Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatəti rədd edilib", - qərarda bildirilib.