📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ermənistanın maraqlarına ziddirsə, imzalamayacağıq” – Simonyandan KTMT açıqlaması

2023-12-22 17:45:24

“Ermənistanın maraqlarına ziddirsə, imzalamayacağıq” – Simonyandan KTMT açıqlaması

«Bu sənədlərin nə olduğunu bilmirəm, onlara baxmaq lazımdır. Hər halda, biz heç bir şəkildə heç bir şeyi çalxalamaq fikrində deyilik». 

Hurriyyet.az xəbər verir ki, bunu dekabrın 22-də Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT baş katibinin özü ilə İrəvana gətirdiyi KTMT sammitində qəbul edilmiş sənədləri Ermənistanın imzalayıb-imzalamayacağı sualına cavab verərkən deyib. “Əgər bu, Ermənistanın maraqlarına ziddirsə, yox, onlar imzalanmayacaq…”, - Simonyan bildirib. Alen Simonyan Azərbaycanla sülh sazişi ərəfəsində Qərb tərəfindən Ermənistanda erkən seçkilər keçirilməsinə təzyiqlərin olub-olmaması məsələsini də şərh edib.

“Demokratik yolla seçilmiş hökumətə heç kim nəyisə məcbur edə bilməz. Ruslar Robert Köçəryana, Serj Sarkisyana, amerikalılar hansısa qrant müqabilində keçmiş hökumətə nəsə tətbiq edə bilərdilər. Amma heç kim bizə heç bir şey tətbiq edə bilməz, onların bizim üzərimizdə heç bir rıçaqları yoxdur, seçkilərimizi tanımağa, başımıza sığal çəkməyə və deməyə ehtiyac yoxdur. Biz artıq demokratik ölkəyik və demokratik ölkəni yalnız ələ keçirmək və ya hücum etməklə nəyisə etməyə məcbur etmək olar, onlar bizə başqa cür - siyasi mənada təsir edə bilməzlər”, - Simonyan bildirib. 

AzPolitika.info