📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın müdafiə naziri cərimələndi

2024-08-21 00:23:45

Ermənistanın müdafiə naziri cərimələndi

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası müdafiə naziri Suren Papikyanı "Mülki müqavilə" partiyasının idarə heyətinin rəhbəri vəzifəsində işləyərkən törətdiyi inzibati xəta ilə əlaqədar cərimələyib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə Papikyan qanunun bütün partiya ödənişlərinin bank köçürməsi ilə edilməsi tələbinə əməl etməyib
Papikyan 100 min dram (təxminən 260 dollar – red.) cərimə olunub. \\Demokrat.az