📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın müdafiə naziri İranda səfərdədir

2026-02-23 15:49:11

Ermənistanın müdafiə naziri İranda səfərdədir

Ermənistanın müdafiə naziri Suren Papikyan İranda rəsmi səfərdədir.

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə bildirib.

"Fevralın 23-də İran İslam Respublikasına rəsmi səfərə gəlmişəm", - Papikyan deyib.

Nazir digər təfərrüatları açıqlamayıb.