Ermənistanın müdafiə naziri Makronun hərbi müşaviri ilə görüşüb
2024-06-19 15:44:42
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransa Prezidentinin hərbi müşaviri, hərbi kabinetin rəhbəri, Fransa ordusunun generalı Fabyen Mandon ilə görüşüb. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat verib.
Tərəflər əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, iyunun 17-də Fransa ilə Ermənistanın müdafiə nazirləri İrəvanın Parisdən "Sezar" özüyeriyen artilleriya qurğularını alması ilə bağlı saziş imzalayıblar.
Hürr Tərcüman