📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın müdafiə naziri orduya GİZLİ ƏMR VERDİ - SENSASİYA

2023-03-16 11:45:00

Ermənistanın müdafiə naziri orduya GİZLİ ƏMR VERDİ - SENSASİYA

Ermənistanın müdafiə naziri orduya gizli əmr verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” məlumat yayıb.

Bildirilir ki, müdafiə naziri Suren Papikyan dünən Müdafiə Nazirliyinin bölmələrinin komandanlığı tərəfindən “Arsax” respublikası” ifadəsini işlətməyi qadağan edib.

Nazirin yazılı əmri sözsüz olaraq bölmələrə göndərilib: “Arsax” respublikası sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır.

Yeni təyin olunmuş hərbi zabitin əmri digər zabitlərin böyük narazılığına səbəb olsa da, onlar da susmağa üstünlük veriblər.