📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın Müdafiə naziri təxribat xarakterli əmr verdi - Azərbaycan hərbçilərinə atəş açın

2021-08-05 23:39:00

Ermənistanın Müdafiə naziri təxribat xarakterli əmr verdi - Azərbaycan hərbçilərinə atəş açın

Ermənistanın Müdafiə naziri Arşak Karapetyan təxribat xarakterli bir addım atıb. O,  Azərbaycan hərbçilərinə atəş açmaq əmri verdi. Armenpress-in yaydığı xəbərə görə, bu əmri Karapetyan ciddi şəkildə kollegiya iclasında çıxışı zamanı verib. O deyib ki, dərhal atəş açın və istənilən üsulla Azərbaycan hərbçilərini öldürün.   

Xatırladaq ki, Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyasının zəruriliyinə dair Moskva razılaşmalarının həyata keçirilməsi prosesinə mane olur, bu da təxribatlar törətməyə əlverişli şərait yaradır. Müdafiə nazirinin əmri elə təxribatlar törətmək əmri kimi də qiymətləndirilə bilər. Bu təxribatlar isə bütün region üçün təhlükə yaradan arzuolunmaz nəticələrə gətirə bilər. \\Virtualaz.org