📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın Müdafiə Nazirliyinin xarici dəstək barəsində açıqlaması

2024-08-02 11:26:18

Ermənistanın Müdafiə Nazirliyinin xarici dəstək barəsində açıqlaması

Hurriyyet.az xəbər verir ki, Ermənistan MN ABŞ Dövlət katibinin müavini Uzra Zeyanın Amerika ordusunun təmsilçisinin nazirlikdə işləməsi barəsində açıqlamasını şərh edib. 

Nazirlikdə bildirilib ki, həqiqətən də Silahlı Qüvvələrin islahatı çərçivəsində "ABŞ və digər beynəlxalq tərəfdaşlardan məsləhət dəstəyi" alınır. Xəbərlə bağlı detallar açıqlanmayıb, ABŞ tərəfinin artıq izahat verdiyi qeyd edilib.

Uzra Zeya iyulun 18-də "Hetq" portalına müsahibəsində ABŞ ordusunun təmsilçisinin Ermənistanın Müdafiə Nazirliyində işləyəcəyini bəyan etmişdi.

Hürr Tərcüman