📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanın müharibə meydanına çevrilməsinin qarşısını almaq lazımdır" - Safaryan

2023-03-28 23:13:00

“Ermənistanın müharibə və qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq vacibdir”.

Bunu erməni politoloq Aram Safaryan deyib.

O bildirib ki, Rusiya Ermənistanın ən böyük iqtisadi tərəfdaşıdır.

“Rusiyanın Ermənistana ümumi investisiya paketi 2 milyard dollardır. Rusiya Ermənistanın hazır məhsullarının aparıcı bazarıdır.

Qərb və Rusiya münasibətlərində baş verən hibrid müharibələr və sərt qarşıdurma yeni şərtlər qoyur, Ermənistan üçün yeni çağırışlar və təhlükələr yaradır.

Ermənistanın müxtəlif geosiyasi meyllərin tərəfdarları arasında müharibə və qarşıdurma meydanına çevrilməsinə imkan verməməliyik.

Bütövlükdə Ermənistan cəmiyyətini gücləndirmək üçün ölkədə konstruktiv fikir mübadiləsini və ideya mübarizəsini inkişaf etdirmək çox vacibdir.

Bu mənada Ermənistan iqtisadiyyatının uğurlu inkişafına töhfə vermək üçün ölkənin həm əsas siyasi qüvvələrlə, həm də biznes ictimaiyyəti ilə konstruktiv dialoq qurmaq lazımdır”, – deyə Safaryan bildirib. \\KONKRET.az