📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın müvəqqəti prezidenti Alen Simonyan oldu

2022-02-01 11:17:00

Ermənistanın müvəqqəti prezidenti Alen Simonyan oldu

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Prezident Armen Sarkisyanın istefa ərizəsinə əsasən onun səlahiyyətlərinin başa çatması ilə bağlı protokolu imzalayıb. Bu barədə məlumat parlamentin saytında dərc edilib.

Ermənistanın artıq keçmiş prezidenti Armen Sarkisyan istefa ərizəsini yanvarın 23-də təqdim edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq parlamentin spikeri Alen Simonyan icra edəcək. Deputatlar 25-35 gün ərzində yeni prezidenti seçməlidirlər. Həm hakim partiya, həm də müxalifət öz namizədini irəli sürə bilər. Qələbə çalmaq üçün parlament üzvlərinin dörddə birinin səsini almaq lazımdır.

Hürr Tərcüman