📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın növbəti UĞURSUZLUĞU – ATƏT Qarabağla bağlı qətnamələri rədd etdi

2022-07-13 17:00:00

Ermənistanın növbəti UĞURSUZLUĞU – ATƏT Qarabağla bağlı qətnamələri rədd etdi

ATƏT-in Birmingemdə keçirilən assambleyasının qətnamələrinə erməni nümayəndə heyəti Ermənistan və ya Dağlıq Qarabağla bağlı əlavələri daxil edə bilməyib.

Hurriyyet.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu deputat Lilit Qalstyan sosial şəbəkələrdə yazıb.

O əlavə edib ki, ATƏT Assambleyası eksklüziv olaraq Ukrayna məsələsinə yönəlib.

Bütün diqqətlər Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə yönəldilib. Hətta “məhbuslar”ın qaytarılması, məcburi köçkünlərin problemləri və mədəni irsin qorunması ilə bağlı humanitar məsələlər də müzakirə olunmayıb.

Qalstyanın sözlərinə görə, o, ilk dəfədir ki, belə ciddi beynəlxalq arenada Ermənistanın təcrid olunması ilə üzləşir.

O bildirib ki, bu, Ermənistan hakimiyyətinin Azərbaycanla “sülh gündəliyi” məsələsinin nəticəsi olaraq baş verib.