📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın prezidenti və baş nazirindən təxribatçı TƏBRİK MESAJI

2021-09-02 13:18:00

Ermənistanın prezidenti və baş nazirindən təxribatçı TƏBRİK MESAJI

Ermənistanın prezidenti Armen Sarkisyan və baş naziri Nikol Paşinyan “Artsax xalqı”na müstəqiliyin elan edilməsi münasibətilə təbrik ünvanlandılar. Bu barədə “Sputnik Armenia” xəbər verir.

A.Sarkisyan təbrik mesajında qeyd edib ki, bu əlamətdar hadisənin ildönümü müharibədən sonrakı zamana təsadüf edib. Bu ümumerməni sınağından keçmək üçün birlik və  həmrəylik lazımdır. “Artax”ın müstəqilliyinin və əhalinin həyatının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycandan davamlı yeni müharibə təhdidləri, “Artsax”ın statusu, sosial-iqtisadi və humanitar məsələlərin həlli milli gündəmin prioritetləridir. Nikol Paşinyan isə “Artsax xalqı”nın öz müqəddəratını təyin etmə haqqını “müqəddəs” adlandırıb. O bildirib ki, bu hüquq zorla məhv edilə bilməz, buna görə də erməni tərəfi bu gün bütün beynəlxalq platformalarda Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığında israr edir. Son qərar, millətin öz müqəddəratını təyinetmə hüququ əsasında “Artsax”ın statusunun müəyyən edilməsi olmalıdır.

Ülviyyə Şükürova,

Hurriyyet.az