📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın qaytardığı hərbçinin atası: "Oğlum hələ ki evə gəlməyib" - AÇIQLAMA

2024-03-11 14:28:36

Ermənistanın qaytardığı hərbçinin atası:

Xəbər verdiyimiz kimi, 28 fevral Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hadisənin ardınca Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) hərbçinin saxlanıldığını, hadisə ilə əlaqədar cinayət işinin açıldığını bildirdi.

Daha sonra Ermənistanın İstintaq Komitəsi saxlanılan azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibinə xitam verib. Bildirilib ki, araşdırmalar zamanı Ruslan Pənahovun səhvən Ermənistan tərəfinə keçdiyi müəyyən edilib. 5 mart tarixində Ruslan Pənahov Azərbaycana təhvil verilərək Bakıya gətirilib.

Hurriyyet.az xəbər verir ki, modern.az-a açıqlama verən hərbiçinin atası Eldəniz Pənahov oğlunun hələ ki yaşadıqları Şəmkir rayonuna gəlmədiyini bildirib.

“Xeyr, evdə deyil. Hələ ki evə gəlməyib. Bakıdadır, rayona nə zaman gələcəyi ilə bağlı bir məlumatımız yoxdur. Özü ilə bir dəfə əlaqə saxlamışıq, yaxşı olduğunu söyləyib".