Ermənistanın sabiq Müdafiə naziri həbs edildi
2021-09-30 13:57:00
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin keçmiş Müdafiə naziri David Tonoyan ilə tədarükçü şirkət direktoru David Qalstyanın həbs ediliyini bəyan edib. Açıqlamada Qarabağdakı 44 günlük müharibə dövründə Tonoyanın Müdafiə Nazirliyinə rəhəbrlik elədiyi qeyd edilir.
Tonoyan ilə Qalstyan xüsusilə böyük məbləğlərdə (3 milyon drama yaxın, təqribən 10,3 milyon manat) vəsait mənimsəməkdə və sənədləri saxtalaşdırmada ittiham edilirlər.
Ermənistan MTX ittihamçı tərəf kimi məhkəməyə müraciət edib.