📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın sabiq müdafiə naziri Rusiyaya səfir TƏYİN EDİLİB

2021-11-08 23:22:00

Ermənistanın sabiq müdafiə naziri Rusiyaya səfir TƏYİN EDİLİB

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan bu ölkənin Rusiyadakı səfiri təyin edilib. Bu barədə “İnterfaks” Ermənistan KİV-nə istinadən xəbər verir.

Məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi və ölkə prezidentinin ofisi hələlik bu məlumatı şərh etməyib. Ermənistan prezidentinin saytında da müvafiq fərman yoxdur.

64 yaşlı Vaqarşak Arutyunyan iyulun 20-də prezidentin sərəncamı ilə Ermənistan müdafiə naziri vəzifəsindən azad edilib. O, bu vəzifəyə 20 noyabr 2020-ci ildə təyin edilib. \\Virtualaz.org