Ermənistanın siyasi partiyaları bəyanat yayınladı: "Erməni hərbi əsirləri Türk-Rus Cənubi Qafqaz layihəsinin girovlarıdır"
Ermənistanda 3 siyasi partiya birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir:
"Rusiya XİN nazirinin Azərbaycanda baş tutmuş ortaq mətbuat-konfransında erməni hərbi əsirlərinə müraciəti bu anlama gəlir ki,
- Erməni hərbi əsirləri Cənubi Qafqazda rus-türk layihəsinin girovlarıdır.
- Erməni hərbi əsirləri siyasi təbəqənin diqqətini Ermənistanın daxili və xarici siyasi gündəmindən yayındırmaq üçün əlavə Rusiya-Azərbaycan rıçaqıdır.
Beləliklə, biz Rusiya XİN nazirinin manipulyativ bəyanatını mühakimə edərək, Ermənistanın beynəlxalq siyasi, iqtisadi, mədəni, idman strukturlarında, erməni ictimai və siyasi təşkilatlarında, erməni apostol, katolik-protestant kilsəsində, elm, mədənyyət xadimlərini, ictimai xadimləri xalqın bütün potensialından yararlanmağa çağırırıq. Rusiya-Türkiyə, Rusiya-Azərbaycan anti-sivilizasiya, terrorçu layihəsinin beynəlxalq birliyin strukturları vasitəsilə hərbi əsirləri girov götürməsinə son qoymaq üçün erməni xalqının azadlığı təmin edilsin”.
Mikael Ayrapetyan-Mühafizəkar Partiya
Tiqran Xzmalyan-Avropalı Ermənistan Partiyası
David Sanasaryan-Suveren Ermənistan Partiyası
Ülviyyə Şükürova
Hurriyyet.az