📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın Təhsil naziri: "Azərbaycan və türk dillərini öyrənənlər artır"

2022-09-08 13:20:00

Ermənistanın Təhsil naziri:

Hurriyyet.az xəbər verir ki, Ermənistanda yuxarı siniflərin şagirdləri çox vaxt fakültətiv məşğələ olaraq Azərbaycan və türk dillərini seçirlər. "Sputnik Ermənistan" agentliyinin məlumatına görə, bu barədə məlumatı Ermənistanın Təhsil naziri Vaqram Dumanyan verib.

Dumanyan xatırladıb ki, nazirlik bu dilləri könüllü seçimlə təklif edir, gürcü və fars dilləri isə əsas hesab edilir.

Təhsil nazirinin fikrincə, Azərbaycanda erməni dilini hansı səbəbdən öyrənirlərsə, ermənilər də Azərbaycan və türk dillərini həmin səbəbdən öyrənirlər.

Hürr Tərcüman