📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ermənistanın "TIR şousu" bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlib" - VÜQAR BAYRAMOV

2023-08-15 14:12:00

"Bir sıra beynəlxalq qurumların Laçın yolu ilə bağlı qərəzli mövqələri və açıqlamaları Qafqazda sülhə deyil, gərginliyin artmasına xidmət edir"

"Ermənistanın "TIR şousu" bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlib. Dünən gecə və bu gün səhər Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması bunu bir daha təsdiq edir". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili hesab edir ki, bir sıra beynəlxalq qurumların Laçın yolu ilə bağlı qərəzli mövqələri və açıqlamaları Qafqazda sülhə deyil, gərginliyin artmasına xidmət edir: "Hər vəclə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçıran İrəvan isə çoxdan itirilmiş geo-siyası mövqelərinin bərpasına çalışsada artıq bölgədə dəyişilməsi mümkün olmayan yeni düzən formalaşıb. Beləcə, Qafqaz yeni mərhələyə qədəm qoyur: ya tezliklə ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını özündə ehtiva edən sülh müqaviləsinin bağlanması, ya da ziddiyyətlərin dərinləşməsi".

Vüqar Bayramovun qənaətincə, birinci variant bölgənin iqtisadi inkişafı baxımdan da vacibdir: "Regionun inkişafı dayanıqlı sülhün əldə edilməsindən və kommunikasiyaların yenidən bərpasından keçir. İrəvanın başqa alternativlər axtarmağa çalışması isə Ermənistanın özü üçün yeni problemlər yaradacaq. Bunu daha tez anlamaq İrəvanın özü üçün lazımdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az