📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın Türkiyə ilə sərhəd məntəqəsi açılışa hazırlanır

2023-11-07 11:12:07

Ermənistanın Türkiyə ilə sərhəd məntəqəsi açılışa hazırlanır

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Türkiyə ilə sərhədindəki gömrük məntəqəsinin tikintisi başa çatmaq üzrədir. Bu barədə məlumatı Ermənistanın Dövlət Gəlirləri Komitəsi verib.

Oktyabrın axırlarında Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Ermənistanın xüsusi təmsilçilərinin danışıqlarında əldə edilmiş razılaşmaların reallaşacağına ümid elədiyini bildirmişdi. Paşinyan sərhədlərin üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportların sahibləri üçün açılması barəsində razılıq əldə edildiyini xatırlatmışdı. O, “Marqara” sərhəd keçid məntəqəsinin yenidən təchiz edildiyini də xəbər vermişdi.

Hürr Tərcüman