Ermənistanın xarici işlər naziri argentinalı həmkarı ilə görüşəcək
2024-03-25 12:51:13
Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Latın Amerikasına səfəri davam edir. Mirzoyan 25-26 mart tarixlərində Argentina Respublikasında rəsmi səfərdə olacaq, ölkənin xarici işlər və beynəlxalq ticarət naziri Diana Mondimo və digər rəsmi şəxslərlə görüşəcək. Bu barədə məlumatı Ermənistan XİN-in məbuat katibi Ani Badalyan verib.
Hürr Tərcüman