📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın xarici işlər naziri Türkiyəyə gedəcək

2025-04-09 14:11:57

Ermənistanın xarici işlər naziri Türkiyəyə gedəcək

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyi ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Antalyada keçiriləcək Diplomatik Forumda iştirakını təsdiqləyib. Onunla birlikdə Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə, parlamentin vitse-spikeri Ruben Rubinyan da Türkiyəyə səfər edəcək.
Ermənistan XİN-in açıqlamasında deyilir: "11-12 aprel tarixlərində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Antaliya Diplomatik Forumunda iştirak edəcək. işgüzar səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır".
Hürr Tərcüman