"Ermənistanın xəritədən silinməsini istəyən beynəlxalq qüvvələr var" - Mirzoyan
2024-03-15 14:07:41
Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasındakı çıxışında ölkənin qarşısında ekzistensional təhdidlər olduğunu söyləyib.
Mirzoyan deyib: "Ermənistanın mövcudluğunun sona çatmasında birbaşa maraqlı olan beynəlxalq qüvvələr mövcuddur. Həmçinin Ermənistan Respublikasının suveren ərazilərinə qarşı iddiası olan qüvvələr də var. Belə bir şəraitdə sevindirici nəsə ola bilməz".
Hürr Tərcüman