Ermənistanın XİN başçısı ABŞ-a gedir
2022-09-19 11:04:00
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a gedəcək.
Hurriyyet.az-ın xəbərinə görə bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.
Məlumata görə Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək.
A.Mirzoyanın başqa ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların təmsilçiləri ilə 30-dan artıq görüşü gözlənilir.