Ermənistanın yeni “məsihi” qadınlarla əyləncədə çəkilən görüntüsünə xalqını təhqir etməklə cavab verdi - FOTO
2024-05-17 21:45:00
İnternetdə Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan birmənalı qarşılanmayan fotoları yayılıb.
Hurriyyet.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlarda erməni xalqının yeni "məsihi" iki qadınla ziyafət zamanı əks olunub.
Fotoya şərh verməyə tələsən arxiyepiskop vəziyyətdən çıxış yolu kimi erməni xalqının yarısını təhqir etməyi seçib:
"Siz axmaqsınız... Mən sizə bu fotolardan daha çoxunu göstərəcəyəm. Bu, Yeni il şənliyidir. Siz özünüzün "ziyafətdən" olan fotolarınızı paylaşın", - deyə o bildirib.
Məqaləyə dair fotomateriallar:
.jpg)