📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın yeni prezidenti Arayik Arutyunyan olacaq?

2022-01-26 17:35:00

Ermənistanın yeni prezidenti Arayik Arutyunyan olacaq?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanda hakim olan “Vətəndaş müqaviləsi” partiyası keçmiş elm, mədəniyyət və idman naziri Arayik Arutyunyanı prezident postuna namizəd göstərməyə hazırlaşır. Arayik Arutyunyan hazırda Baş nazir aparatının sədri vəzifəsindədir.

“Sputnik Ermənistan” agentliyinin yazdığına görə, bu qərar səbəbindən hazırda ölkədə kadr dəyişiklikləri aparılır – Nairi Sarkisyan Baş nazirin müavini postundan azad edilib ki, Arayik Arutyunyanın Baş nazir aparatının rəhbəri vəzifəsindən getməsindən sonra onun postunu tutsun.

Naira Sarkisyanın Baş nazirin müavini vəzifəsindən azad edilməsi barəsində qərarı Baş nazir Nikol Paşinyan bu gün imzalayıb.

Arayik Arutyunyan 2021-ci ilin əvvəlindən aparat sədri vəzifəsində işləyir.

Hür Tərcüman