Ermənistanla ABŞ arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə edilib
2023-12-05 13:56:49
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Lora Kuper ilə görüş keçirib. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, birgə proqramların reallaşdırılması məsələsində ideya mübadiləsi aparıblar.
Bu barədə məlumatı Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının mətbuat xidməti verib.
Görüş zamanı tərəflər İrəvanla Vaşinqtonun əməkdaşlığından, birgə proqramların həyata keçirilməsindən, Ermənistan ilə ABŞ-ın silahlı qüvvələrinin qarşılıqlı münaqibətlərinin dərinləşməsi zərurətindən, “Qafqazda sabitlikdən” danışıblar.
Hürr Tərcüman